Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti başçısının saytın qonaqlarına müraciəti

Hörmətli sayt qonaqları!

Pirallahı Rayon İcra Hakimiyyətinin rəsmi internet səhifəsinə xoş gəlmişsiniz!

Pirallahı rayonu şəhərimizin qədim tarixə və özünəməxsus gözəlliyə malik olan məkanlarından biridir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində dünyanın ən yaraşıqlı şəhərlərindən birinə çevrilən doğma Bakımız günü-gündən böyüyür və gözəlləşir. Şəhərimizin gələcək inkişaf perspektivləri nəzərə alınaraq, 2012-ci ilin dekabr ayında Azərbaycan Respublikası Prezidentinin imzaladığı Qanuna əsasən, Bakı şəhərinin inzibati ərazi vahidi tərkibində yeni, on ikinci rayon yaradıldı. Pirallahı adı özündə insanın yaşaması üçün lazım olan əsas ünsürlər sayılan, zərdüştlərin tanrı bəxşişi hesab etdiyi Su, Od, Torpaq və Havanı birləşdirir.  Yeni yaradılan rayonun, tarixi keçmişi əsas götürülərək, Pirallahı adlandırılması ideyası da məhz cənab Prezident İlham Əliyevə məxsus olmuşdur.

İnternet səhifəsi həm rayon haqqında, həmdə də Rayon İcra Hakimiyyətinin fəaliyyəti haqqında məlumatları özündə cəmləşdirən bir neçə hissədən ibarətdir.

Təqdim edilən bu internet səhifəsində Pirallahı rayonunun tarixi, əhalisi, keçdiyi inkişaf yolu, rayonda aparılan genişmiqyaslı işlər, rayonun təhsil, səhiyyə, mədəniyyət, iqtisadiyyat, məşğulluq sahələri haqqında məlumatlar, həmçinin rayon ərazisində aparılan geniş abadlıq-quruculuq işləri, elanlar, keçirilən tədbirlər haqqında məlumatlar operativ olaraq yerləşdirilir və daima yenilənir.

Siz Rayon İcra Hakimiyyətinə gəlmədən rəsmi sayt vasitəsilə bizə öz müraciətlərinizi edə bilərsiz. Bütün müraciətlər qeydiyyata alınır və qanunla müəyyən edilmiş qaydada və müddətdə cavablandırılır.

Ümid edirəm ki, internet səhifəmiz lazımlı məlumatları əldə etməkdə sizə yardımçı olacaq. Sual, rəy və təklif vermək üçün bizimlə əlaqə saxlamağınızı xahiş edirik. Sizin hər bir müraciətiniz məmnunluqla qarşılanacaqdır.

 

Hörmətlə,

 

Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı

Vasif İmanov

 

Keçidlər