Şriftin ölçüsü :

Saytın rəngi :

Elanlar

ELAN
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 may 2014-cü il tarixli 171 nömrəli Qərarı ilə təsdiq edilmiş “İctimai şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə”yə uyğun olaraq Bakı şəhəri Pirallahı Rayon İcra Hakimiyyəti başçısının 21.09.2020-ci il tarixli 72 nömrəli Sərəncamı ilə rayon İcra Hakimiyyəti yanında İctimai Şuraya seçkinin təşkili məqsədi ilə rayon İcra Hakimiyyətinin əməkdaşlarından 4 üzv, vətəndaş cəmiyyəti institutu nümayəndələrindən 5 üzv olmaqla 9 nəfərdən ibarət seçki komissiyası yaradılmışdır.
01.10.2020-ci il tarixdən 20 iş günü müddətində rayon İcra Hakimiyyəti yanında İctimai Şuraya namizədlərin irəli sürülməsi, qeydiyyatı elan olunmuş və 28.10.2020-ci il tarixdə namizədlərin irəli sürülməsi başa çatmışdır.
Namizədlərin irəli sürülməsi prosesinin başa çatması ilə əlaqədar rayon İcra Hakimiyyəti yanında İctimai Şuraya seçkilər 26.11.2020-ci il tarixdə Bakı şəhəri, Pirallahı qəsəbəsi, S.Bağırov küçəsi, 3 ünvanında keçiriləcəkdir.
İctimai Şuraya üzvlər vətəndaş cəmiyyəti institutlarının bərabər sayda təmsilçilərindən ibarət birgə yığıncaqda vətəndaş cəmiyyəti institutlarının nümayəndələri tərəfindən seçilir. Birgə yığıncaqda təmsilçilərinin iştirak etməsini istəyən vətəndaş cəmiyyəti institutları seçki gününə on gün qalanadək, həmin şəxslər barədə zəruri məlumatları (adı, soyadı, atasının adı, təvəllüdü, yaşayış yeri, əlaqə vasitəsi) göstərməklə, seçki komissiyasına müraciət etməlidirlər.
Bakı şəhəri Pirallahı Rayon İcra Hakimiyyəti yanında İctimai Şuraya seçkilərdə iştirak edəcək namizədliyi qeydə alınmış şəxslərin siyahısı elan olunur:
 
SS
Namizədin irəli sürüldüyü vətəndaş cəmiyyəti institutu
Namizədin soyadı, adı,
atasının adı
1
“Abşeronneft” Neft-Qaz Çıxarma İdarəsinin Həmkarlar İttifaqı Komitəsi
Quliyev Vüqar Firudin oğlu
2
Azərbaycan Ağsaqqallar Şurası Bakı şəhəri Pirallahı rayon Ağsaqqallar Şurası
Əhmədov Səməd Baxış
3
Qızıl Aypara Cəmiyyətinin Bakı şəhəri Pirallahı rayon bölməsi
İskəndərova Təranə Natik qızı
4
Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Bakı şəhəri Pirallahı Rayon Komitəsi
Əliyeva Naidə Şafan qızı
5
Azərbaycan Respublikası Çernobıl Əlilləri İttifaqı İctimai Birliyinin Bakı şəhəri Pirallahı Rayon Filialı
Səfiyev Famil Məhəmməd oğlu
6
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Bakı şəhəri Pirallahı Rayon Təşkilatı
Mehdiyev Azər Abkar oğlu
7
Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Bakı şəhəri Pirallahıı rayon filialı
Mustafayev Oruc Süleyman oğlu
8
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi
“Bakı 9 saylı Yol İstismarı”  MMC-nin Həmkərlar İttifaqı Təşkilatı
Mahmudov Ramil Hidayət oğlu
 
Seçki ilə əlaqədar rayon İcra Hakimiyyəti Başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinə müraciət oluna bilər (Əlaqə telefonu: 5565941; 5565945; 5565955;5565953).

 

 

ELAN!


        Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 may 2014-cü il tarixli 171 nömrəli Qərarı ilə təsdiq edilmiş “İctimai şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə”yə uyğun olaraq Bakı şəhəri Pirallahı Rayon İcra Hakimiyyəti başçısının 21.09.2020-ci il tarixli 72 nömrəli Sərəncamı ilə rayon İcra Hakimiyyəti yanında İctimai Şuraya seçkinin təşkili məqsədi ilə rayon İcra Hakimiyyətinin əməkdaşlarından 4 üzv, vətəndaş cəmiyyəti institutu nümayəndələrindən 5 üzv olmaqla 9 nəfərdən ibarət seçki komissiyası yaradılmışdır.
          İctimai Şuraya üzvlər vətəndaş cəmiyyəti institutlarının bərabər sayda təmsilçilərindən ibarət birgə yığıncaqda vətəndaş cəmiyyəti institutlarının nümayəndələri tərəfindən seçilir. Hər bir vətəndaş cəmiyyəti institutu ictimai şuranın üzvlüyünə yalnız bir namizəd irəli sürə bilər.
         Bununla əlaqədar olaraq 01.10.2020-ci il tarixdən etibarən 20 iş günü müddətində rayon İcra Hakimiyyəti yanında İctimai Şuraya namizədlərin irəli sürülməsi, qeydiyyatı elan olunur və 28.10.2020-ci il tarixdə namizədlərin irəli sürülməsi başa çatacaqdır.

       Seçki ilə əlaqədar rayon İcra Hakimiyyəti Başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinə müraciət oluna bilər (Əlaqə telefonu: 556-59-41; 556-59-
45; 556-59-55; 556-59-53).

Keçidlər