Şriftin ölçüsü :

Saytın rəngi :

İnzibati xətalar haqqında işlərə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslər

AZƏRBAYCAN  RESPUBLİKASI

BAKI  ŞƏHƏRİ  PİRALLAHI  RAYON  İCRA  HAKİMİYYƏTİ  BAŞÇISININ

 

           S Ə R Ə N C A M I

      №     11                                                                                                               “    05          fevral        2025-ci il

 

 

“Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə Bakı şəhəri Pirallahı Rayon İcra Hakimiyyəti adından protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın təsdiq edilməsi barədə

 

 “Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın təsdiq edilməsi barədə”  Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 3 may tarixli 1361 nömrəli Fərmanının 4-cü hissəsinə və Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 4.15.6-cı, 6.8-ci, 6.9-cu bəndlərinə əsaslanaraq qərara alıram:

 

  1. “Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə Bakı şəhəri Pirallahı Rayon İcra Hakimiyyəti adından protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı” təsdiq edilsin (əlavə olunur).
  2. “Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə Bakı şəhəri Pirallahı Rayon İcra Hakimiyyəti adından protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın rayon İcra Hakimiyyətinin internet səhifəsində yerləşdirilməsi Aparatın İnformasiya təminatı və təhlili sektorunun müdiri Rüfət Əhmədova tapşırılsın.
  3. “Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə Bakı şəhəri Pirallahı Rayon İcra Hakimiyyəti adından protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın təsdiq edilməsi barədə” Bakı şəhəri Pirallahı Rayon İcra Hakimiyyəti başçısının 2017-ci il 6 iyul tarixli 65 nömrəli Sərəncamı ləğv edilsin.
  4. Sərəncamın surətinin aidiyyəti üzrə göndərilməsi Aparatın Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinə həvalə edilsin.

 

Vasif İmanov

 

________________________________________________________________________________________________________________

 

Bakı şəhəri Pirallahı Rayon

İcra Hakimiyyəti başçısının

“_05_” ___fevral___ 2025-ci il

tarixli _11_ nömrəli Sərəncamı

ilə təsdiq edilmişdir

 

 

Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında

işlər üzrə Bakı şəhəri Pirallahı Rayon İcra Hakimiyyəti adından protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin

 

S İ Y A H I S I

 

Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol Bakı şəhəri Pirallahı Rayon İcra Hakimiyyəti (bundan sonra - Rayon İcra Hakimiyyəti) adından aşağıda göstərilən vəzifəli şəxslər tərəfindən tərtib edilir:

  1. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - Məcəllə) 190-cı maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə protokol Rayon İcra Hakimiyyəti adından - Rayon İcra Hakimiyyətinin başçısı, başçının müavinləri, Ərazi  idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri, Hüquq şöbəsinin müdiri, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri, başçının inzibati ərazi dairəsi üzrə nümayəndələri.
  2. Məcəllənin 197.1 və 197.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə protokol “Sosial xidmət haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sosial xidmət göstərən Rayon İcra Hakimiyyəti adından - Rayon İcra Hakimiyyətinin başçısı, başçının müavinləri, Ərazi  idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri, Hüquq şöbəsinin müdiri, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri, başçının inzibati ərazi dairəsi üzrə nümayəndələri.
  3. Məcəllənin 251.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə protokol Rayon İcra Hakimiyyəti adından - Rayon İcra Hakimiyyətinin başçısı, başçının müavinləri, Ərazi  idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri, Hüquq şöbəsinin müdiri, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri, Rayon təsərrüfatı şöbəsinin müdiri, başçının inzibati ərazi dairəsi üzrə nümayəndələri.
  4. Məcəllənin 388-2.0.1 və 388-2.0.7-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə protokol inzibati xətanı aşkar etmiş Rayon İcra Hakimiyyəti adından - Rayon İcra Hakimiyyətinin başçısı, başçının müavinləri, Ərazi  idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri, Hüquq şöbəsinin müdiri, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri, onun müavini, İnformasiya təminatı və təhlil sektorunun müdiri, başçının inzibati ərazi dairəsi üzrə nümayəndələri.
  5. Məcəllənin 395.1-2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə protokol - Azərbaycan Respublikası Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamına verilmiş torpaq sahəsində bu qurumun sərəncamında olduğu müddətdə törədilməsi halları istisna olmaqla digər hallarda Rayon İcra Hakimiyyəti adından - Rayon İcra Hakimiyyətinin başçısı, başçının müavinləri, Ərazi  idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri, Hüquq şöbəsinin müdiri, Rayon təsərrüfatı şöbəsinin müdiri, başçının inzibati ərazi dairəsi üzrə nümayəndələri.
  6. Məcəllənin 413-cü maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə protokol - dini təyinatlı ədəbiyyata (kağız və elektron daşıyıcılarda), audio və video materiallara, mal və məmulatlara və dini məzmunlu başqa məlumat materiallarına münasibətdə inzibati xətanı aşkar etmiş Rayon İcra Hakimiyyəti adından - Rayon İcra Hakimiyyətinin başçısı, başçının müavinləri, Ərazi  idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri, Hüquq şöbəsinin müdiri, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri, onun müavini, başçının inzibati ərazi dairəsi üzrə nümayəndələri.
  7. Məcəllənin 451-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə protokol - dini təyinatlı ədəbiyyata (kağız və elektron daşıyıcılarda), audio və video materiallara, mal və məmulatlara və dini məzmunlu başqa məlumat materiallarına münasibətdə inzibati xətanı aşkar etmiş Rayon İcra Hakimiyyəti adından - Rayon İcra Hakimiyyətinin başçısı, başçının müavinləri, Ərazi  idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri, Hüquq şöbəsinin müdiri, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri, onun müavini, başçının inzibati ərazi dairəsi üzrə nümayəndələri.
  8. Məcəllənin 516.0.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə protokol inzibati xətanı aşkar etmiş Rayon İcra Hakimiyyəti adından - Rayon İcra Hakimiyyətinin başçısı, başçının müavinləri, Ərazi  idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri, Hüquq şöbəsinin müdiri, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri, onun müavini, başçının inzibati ərazi dairəsi üzrə nümayəndələri.
  9. Məcəllənin 517-3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə protokol inzibati xətanı aşkar etmiş Rayon İcra Hakimiyyəti adından - Rayon İcra Hakimiyyətinin başçısı, başçının müavinləri, Ərazi  idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri, Hüquq şöbəsinin müdiri, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri, onun müavini, Rayon təsərrüfatı şöbəsinin müdiri, başçının inzibati ərazi dairəsi üzrə nümayəndələri.
  10. Məcəllənin 527-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə protokol səlahiyyətli orqanın (vəzifəli şəxsin) təqdimatına münasibətdə təqdimatı vermiş:

10.1. Rayon İcra Hakimiyyəti adından - Rayon İcra Hakimiyyətinin başçısı, başçının müavini, Ərazi  idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri, Hüquq şöbəsinin müdiri;

10.2. yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalara münasibətdə Rayon İcra Hakimiyyəti adından - Rayon İcra Hakimiyyətinin başçısı, başçının müavinləri, Hüquq şöbəsinin müdiri, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri, onun müavini.

  1. Məcəllənin 529.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə protokol: 

11.1. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”na əsasən Rayon İcra Hakimiyyəti adından - Rayon İcra Hakimiyyəti başçısının 2017-ci il 2 mart tarixli 27 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Bakı şəhəri Pirallahı Rayon İcra Hakimiyyəti adından inzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”na müvafiq olaraq inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarı qəbul etmiş və həmin Siyahıda nəzərdə tutulan digər vəzifəli şəxslər;

11.2. yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalara münasibətdə Rayon İcra Hakimiyyəti adından - Rayon İcra Hakimiyyətinin başçısı, başçının müavinləri, Hüquq şöbəsinin müdiri, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri, onun müavini.

  1. Məcəllənin 530 və 532-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə protokol:

12.1. inzibati xətalar haqqında işlər üzrə icraat Rayon İcra Hakimiyyətində aparılarkən Rayon İcra Hakimiyyəti adından - Rayon İcra Hakimiyyətinin başçısı, başçının müavini, Hüquq şöbəsinin müdiri;

12.2. inzibati xətalar haqqında işlər üzrə icraat yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar tərəfindən aparılarkən Rayon İcra Hakimiyyəti adından - Rayon İcra Hakimiyyətinin başçısı, başçının müavinləri, Hüquq şöbəsinin müdiri.

  1. Məcəllənin 602-2.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə protokol Rayon İcra Hakimiyyəti adından - Rayon İcra Hakimiyyətinin başçısı, başçının müavini, Hüquq şöbəsinin müdiri, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri.

 

 

Qeyd:

  1. Məcəllənin 43.1-ci maddəsində göstərilən inzibati xətalar haqqında işlərə baxmaq hüququ Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”na uyğun olaraq, həmçinin səlahiyyətli orqanlara (vəzifəli şəxslərə) aid edildikdə, icraatında inzibati xətalar haqqında iş olan həmin Siyahıda göstərilən vəzifəli şəxslər Məcəllənin 43.3-cü maddəsində müəyyən edilmiş əsasların olduğu qənaətinə gəldikdə inzibati xəta haqqında protokolu baxılmaq üçün məhkəməyə göndərirlər.
  2. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda nəzərdə tutulan vəzifəli şəxslər Məcəllənin 18.2-ci maddəsində müəyyən edilmiş əsasların olduğu qənaətinə gəldikdə, inzibati xəta haqqında protokolu baxılmaq üçün məhkəməyə göndərirlər.

 

Keçidlər