Pirallahı Rayon İcra Hakimiyyəti başçısı Aparatında etik davranış məsələləri ilə əlaqədar 2023-cü ildə görülən işlər haqqında Hesabat
Rayon İcra Hakimiyyəti başçısının birinci müavini etik məsələləri üzrə məsul şəxs – etik müvəkkil təyin edilmişdir. Cari il üzrə etik müvəkkilin İş Planı təsdiq edilmiş və etik davranış qaydaları ilə bağlı maarifləndirmə işləri gücləndirilmişdir. Rayon İcra Hakimiyyətinin internet səhifəsində etik davranış bölməsi yaradılmışdır (http://pirallahi-ih.gov.az/az/etik-davranis.html). Həmin səhifədə etik müvəkkilin illik iş planları və etik davranış məsələləri ilə əlaqədar görülmüş işlər haqqında hesabatlar yerləşdirilmişdir.
“Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsaslanaraq, hesabat ilində Pirallahı Rayon İcra Hakimiyyəti başçısı Aparatında bir sıra işlər görülmüşdür. Belə ki, hesabat ilində Aparatda və ərazi nümayəndəliklərində çalışan dövlət qulluqçularını maarifləndirmək məqsədilə aşağıdakı mövzularda təlimlər keçirilmişdir:
- Dövlət qulluqçularının etik davranış qaydaları;
- “Yerli İcra Hakimiyyətləri haqqında Əsasnamə” ilə yerli icra hakimiyyətlərinə həvalə edilmiş vəzifə və səlahiyyətlər;
- Dövlət qulluqçularının etik davranış qaydaları:
“Korrupsiyanın qarşısının alınması, hədiyyə alma ilə əlaqədar məhdudiyyətlər, maddi və qeyri-maddi nemətlərin, imtiyazların və ya güzəştlərin əldə edilməsinə yol verilməməsi”;
- Dövlət qulluqçularının etik davranış qaydaları:
“Vicdanlı davranış, loyallıq, mədəni davranış, insanların və hüquqi şəxslərin işgüzar nüfuzuna, şərəf və ləyaqətinə hörmət”;
- “Dövlət Qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddəalar:
“Dövlət qulluqçusunun hüquqları, dövlət qullugu ilə əlaqədar məhdudiyyətlər, təminatlar, mükafatlandırma və məsuliyyət”;
- Vətəndaşların müraciətləirinə baxılması işinin təşkili.
Həmçinin, 13.12.2023-cü il tarixdə rayon İcra Hakimiyyəti başçısı Aparatında işçilər üçün Açıq Hökumətin Təşviqinə Dair Hökumət -Vətəndaş Cəmiyyəti Dialoqu Platformasının koordinatoru, Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvü Əliməmməd Nuriyev tərəfindən “Korrupsiya ilə əlaqədar hüquqpozmalar və bu hüquqpozmalara görə məsuliyyət” mövzusunda, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü Zaur İbrahimov tərəfindən isə “Etik davranış qaydaları” mövzusunda təlimlər keçirilmişdir (http://pirallahi-ih.gov.az/az/news/korrupsiyaya-qarsi-mubarize-ve-etik-davranis-qaydalari-ile-bagli-telimler-kecirildi.html). Məlum olduğu kimi, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 30.1-ci maddəsində inzibati vəzifə tutan dövlət qulluqçusunun xidməti fəaliyyətinin hər təqvim ilinin sonunda qiymətləndirilməsi müəyyən edilmişdir.
Rayon İcra Hakimiyyəti başçısı Aparatında çalışan dövlət qulluqçularının fəaliyyəti qiymətləndirilmişdir. Hesabat ilində “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 7.4-cü maddəsinə və “Dövlət orqanlarında dövlət qulluqçularına ixtisas dərəcələrinin verilməsi Qaydaları”nın 8-ci bəndinə əsasən 7 nəfər dövlət qulluqçusuna növbəti ixtisas dərəcələri verilmiş, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə uzun illər dövlət qulluğunda səmərəli fəaliyyətinə görə Pirallahı qəsəbə İƏD üzrə nümayəndə Niftəliyev Həsən “Tərəqqi” medalı ilə təltif edilmişdir.