Şriftin ölçüsü :

Saytın rəngi :

İqtisadiyyat

Rayonun iqtisadi vəziyyəti haqqında
məlumat

    2019-cu ilin birinci rübü ərzində rayonun sosial və iqtisadi sahələrindəki  göstəricilər sosial məsələlərin uğurla həll edildiyini göstərir.
   “Nərəkənd”  kompleksində  qapalı tipli balıqyetişdirmə  fermalarının  tikinti-quraşdırma işləri başa çatdırılmışdır. Dam örtüyünün quraşdırılması işləri tamamlanmışdır. Fasadın üzlənməsi işləri aparılmışdır. Sahə ətrafı hasarın tikintisi başa çatdırılmışdır.  Sahədaxili abadlıq işləri aparılmışdır. Avadanlıqlar quraşdırılmışdır. Hal-hazırda  avadanlıqların yoxlanılması və tamamlama işləri aparılır.
  Pirallahı qəsəbəsi Sənaye parkının ərazisində inşa olunan Şpris istehsalı zavodunun tikinti-quraşdırma işləri başa çatdırılmışdır. Hal-hazırda avadanlıqların quraşdırılması işləri aparılır. Dərman istehsalı zavodunda da həmçinin daxili bəzək işləri aparılır. Fasadın üzlənməsi işləri yerinə yetirilmişdir. Kommunikasiya xətlərinin çəkilməsi işləri yerinə yetirilir. Zavodda dərman vasitələrinin istehsalı və qablaşdırılması işləri aparılacaqdır.
     Bundan əlavə yeni zəfəran mənşəli dərman vasitələrinin istehsalı zavodunun   inşasına başlanılır. Zəfəran tərkibli qida məhsulları və dərman preparatlarının istehsalı  nəzərdə tutulmuşdur.  Ərazidə şaquli planlaşdırma işləri aparılmışdır.  
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən əhalinin ərzaq məhsulları ilə təminatının yaxşılaşdırılması, o cümlədən çeşidini genişləndirməklə seçmək və əlverişli qiymətə almaq imkanının yaradılması məqsədilə hər həftənin şənbə və bazar günlərində Pirallahı qəsəbəsi, K.Rzayev küçəsi, 14 nömrəli evin qarşısındakı qeyri-yaşayış obyektində yarmarka təşkil olunur. Yarmarkaya, mövsümə uyğun olaraq, əsasən meyvə-tərəvəz və bostan məhsulları çıxarılıb. Satışa çıxarılan məhsullar əsasən Kürdəmir və Yardımlı rayonlarından gətirilir. Əhalinin rahat şəkildə alış-verişini təmin etmək məqsədilə burada lazımı şərait yaradılıb. Küçə ticarətinin qarşısının alınması, sui-istifadə hallarının aradan qaldırılması məqsədilə rayon icra hakimiyyəti tərəfindən təxirəsalınmaz tədbirlər görülür. Bununla yanaşı keyfiyyətsiz və insan sağlamlığı üçün təhlükəli malların satışının qarşısının alınması məsələlərinə də tam ciddi nəzarət olunur.
İstehlak məhsullarının 91.0 faizi hüquqi şəxs statuslu müəssisələr, 9.0 faizi hüquqi şəxs yaratmadan ticarət fəaliyyəti göstərən fərdi sahibkarlar tərəfindən realizə olunmuşdur.
    2019-cu ilin 1-ci rübü ərzində Pirallahı rayonunun NQÇ idarələri üzrə iqtisadi (hasilat) göstəricilər aşağıdakı kimi olmuşdur: “28 May” NQÇİ-də rüb ərzində 981744 ton neft hasil olunmuşdur (plan 979000  ton). Plan 100.3 % yerinə yetirilmişdir. Qaz hasilatı 1067214 min m3  olmuşdur (plan 1044000 min m3). Plan 102.2% yerinə yetirilmişdir.                                                                                           “Neft Daşları” NQÇİ-də rüb ərzində 250035 ton neft hasil olunmuşdur (plan 256200 ton). Plan 97,6 % yerinə yetirilmişdir. Qaz hasilatı 22890 min m3 olmuşdur (plan 23440 min m3 ). Plan 97,7 % yerinə yetirilmişdir. “Abşeronneft” NQÇİ-də 3 ay ərzində 108052 ton neft hasil olunmuşdur (plan 100200 ton). Plan 107,8 %  yerinə yetirilmişdir. Qaz hasilatı 9000 min  m3 olmuşdur (plan 9000 min  m3). Plan 100,0% yerinə yetirilmişdir.
    Ümumilikdə rüb ərzində Pirallahı rayonunun NQÇ idarələri üzrə 1339831 ton neft, 1099104  min m3  qaz hasil olunmuşdur.

 

Keçidlər