Şriftin ölçüsü :

Saytın rəngi :

Kazımov Ruslan Mustafa oğlu

    Ruslan Kazımov 16.11.1988-ci ildə Ağstafanın Kolxəlfəli kəndində dünyaya göz açıb. O, işğal altında olan torpaqlarımızın azadlığı uğrunda 2020-ci il sentyabrın 27-dən başlayan 44 günlük Vətən müharibəsində Ordumuzun sıralarında müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi savaşıb.
     Şiddətli döyüşlərin birində ağır güllə yarası almışdır. Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, kiçik çavuş Kazımov Ruslan Mustafa oğlu 24 iyun 2021-ci il tarixində vəfat edib.
    Prezident, Ali Baş Komandan İlham Əliyevin müvafiq Sərəncamları ilə “Cəsur döyüşçü” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.
    Evli olan şəhidimizin özündən sonra bir oğul və iki qız övladı yadigar qalıb.
Keçidlər