Turizm potensialı
Gürgən bulaq
Gürgən qəsəbəsində tarixən mövcud olan təbii bulaq yenidən qurulmuşdur. Sudan nümunə götürülərək laboratoriyada yoxlanılmış və içməyə yararlı su olduğu müəyyən olunmuşdur. Memarlıq elementləri ilə zəngin olan bulağın eni 4,2 m hündürlüyü isə 3,4 m-dir. Bulağın sağ və sol tərəflərindəki sütunların üstündə daşdan yonulmuş 2 ədəd çıraq formalı element quraşdırılmışdır.