Şriftin ölçüsü :

Saytın rəngi :

Gürgən – “Yeni şəhər” layihəsi

Gürgən qəsəbəsi ərazisində ayrılmış 750 ha ərazidə yeni şəhərin salınması istiqamətində layihələndirmə işləri həyata keçirilir. Layihə əsasında 35 ədəd 20 mərtəbəli, 49 ədəd 15 mərtəbəli, 338 ədəd 10-12 mərtəbəli, 100 ədəd 7 mərtəbəli, 85 ədəd 5 mərtəbəli, 56 ədəd 4 mərtəbəli, 44 ədəd 2 mərtəbəli olmaqla cəmi 707 ədəd yaşayış binasının tikintisi planlaşdırılır. Yeni salınacaq şəhərdə 120000 sakinin məskunlaşması mümkün olacaq. Su idman növlərinin inkişafı üçün müvafiq tədbirlər görüləcək. Gürgən qəsəbəsində 1860-cı ildə istifadəyə verilmiş mayakın əsaslı təmir işləri də nəzərdə tutulmuşdur.
Yeni salınacaq şəhərdə, həmçinin, inzibati binalar, ticarət mərkəzləri tikiləcək, istirahət guşələri, tarix diyarşünaslıq muzeyi, funikulyor, şəlalə yaradılacaq, şəhəri dənizlə birləşdirəcək parkların salınması, bir kilometr uzunluğunda yeni yolun çəkilməsi və s. işlər planlaşdırılır. Binaların əksəriyyəti dördmərtəbəli terras formasında olacaq. Yeni şəhərdə universitet kompleksi, balıqçılıq platforması tikiləcək və sənaye zonası da yaradılacaqdır.

Keçidlər