Şriftin ölçüsü :

Saytın rəngi :

Rayonun simvolu

Pirallahı rayonunun girişinin sol hissəsində üzərində ulu öndər Heydər Əliyevin şəkli olan postament ucalır. Yaxınlıqda ümumi çəkisi 19 tondan çox olan paslanmayan metal konstruksiya ilə işlənib hazırlanmış rayonun Simvolu qurulmuşdur. Simvolun üzərində gəmi atributları – qayıq, dor dirəyi, yelkən, xilasedici halqa və digər elementlər quraşdırılmış, həmçinin müxtəlif şəbəkə elementləri işlənmişdir. Simvolun ümumi sahəsi 45 kvadrat metr, hündürlüyü isə 16 metr təşkil edir. Simvolun qarşısında yüksək zövqlə 3 növdə - qaya, çay və bəzək daşları ilə işlənmiş və müasir işıqlandırma sistemi ilə təmin olunmuş 8x6 metr ölçüdə Azərbaycanın xəritəsi salınmışdır. Simvolun üzərində içərisində məşəl formasında Allah sözü yazılmış səkkiz guşəli ulduz yerləşir, ətrafında 12 min kvadrat metr sahəyə qazon örtüyü döşənmiş, ərazidə minlərlə ağac və müxtəlif dekorativ bəzək kolları əkilmişdir.

Keçidlər