Şriftin ölçüsü :

Saytın rəngi :

Su idman növləri

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin göstəriş və tapşırıqlarına uyğun olaraq Pirallahıda sənaye sahələri ilə yanaşı turizmin inkişafına da xüsusi diqqət yetirilir. Turizmin inkişaf perspektivlərinin yüksək qiymətləndirildiyi Pirallahı, Gürgən və Çilovda inşa ediləcək istirahət mərkəzləri və komplekslər, otel və mehmanxanalar, Tarix-Diyarşunaslıq Muzeyi, Gənclər Əyləncə Mərkəzi ilə yanaşı, yeni tikilmiş körpünün altındakı 120 metrlik keçidin açılması ilə su idman növlərinin, o cümlədən, yelkənli qayıqsürmə və avarçəkmənin inkişafı, yeni müasir çimərliyin, skuter gəzintilərinin, ada ətrafında gəmi kruizlərinin təşkili üçün əlverişli imkanlar yaranmışdır.
     Yaxın gələcəkdə Abşeron mayakı nəzdində rayon ərazisindən toplanmış tarixi, etnoqrafik və digər materiallar əsasında tarix-diyarşünaslıq muzeyi açılacaqdır. Yaşı 150-ni keçmiş qədim mayakla birgə tarix-diyarşünaslıq muzeyinin eksponatları, şübhəsiz ki, rayona təşrif buyuran qonaqların və turistlərin böyük marağına səbəb olacaqdır. Mayakın yerləşdiyi dağdan adaya çəkiləcək kanat yolu, Pirallahıda və Gürgəndə salınacaq velosiped yolları, tikiləcək Akvapark və paraşüt qüllələri, Pirallahı və Çilov adalarını birləşdirəcək estakadalar boyunca salınacaq turizm infrastrukturu, açılacaq Bakı bulvarı - Neft Daşları səyahət marşrutu turizmin inkişafı üçün daha geniş imkanlar yaradacaqdır.

 

Keçidlər