Turizm potensialı
Pirallahı Çilov körpüsü
Adanın enerji dayanıqlığını təmin etmək məqsədilə alternativ enerji mənbələrindən olan külək və günəş enerjisi avadanlıqlarının qurulması davam edəcəkdir. Gələcəkdə Pirallahı və Çilov adaları arasında inşa ediləcək estakadalar boyunca salınacaq platformaların üzərində külək elektrik stansiyalarının quraşdırılması nəzərdə tutulur. Çilov adasına çəkiləcək estakadaların, dəniz kruizlərinin, Bakı bulvarı ilə Neft Daşlarını birləşdirəcək səyahət marşrutunun turizmin inkişafında mühüm əhəmiyyəti olacaqdır.