Şriftin ölçüsü :

Saytın rəngi :

“Vətən uğrunda” abidə-kompleksi

Vətənin dar günündə silaha sarılaraq Qarabağ cəbhəsinə yollanan və şəhidlik zirvəsinə ucalan igid oğulların əziz xatirəsinə Pirallahı qəsəbəsində inşa edilən “Vətən uğrunda” abidə-kompleksin ümumi sahəsi 2800 kvadratmetr təşkil edir. Kompleks, aypara formasında inşa edilib və yuxarıdan baxdıqda aypara və səkkizguşəli ulduz şəklində görünür. Qəsəbənin mərkəzində yerləşən bu abidədə 44 şəhidin mərmər lövhə üzərində şəkilləri, həmçinin ad və soyadları həkk olunub. Abidənin ön hissəsində Pirallahı rayonunun Milli Qəhrəmanlarının – Yavər Əliyev və Rasim İbrahimovun şəkilləri yerləşdirilmişdir.

Keçidlər