Şriftin ölçüsü :

Saytın rəngi :

Gürgən göl

Gürgən qəsəbəsində yerləşən 0,7 ha sahəsi olan gölün çirkab sularından təmizlənməsi, ərazidə yenidənqurma işlərinin həyata keçirilərək sakinlərin və turistlərin istirahəti üçün əlverişli şəraitin yaradılması istiqamətində fəaliyyət davam edir. Gölün perimetri boyu qaya parçaları düzülmüş, 4 metr enində gəzinti üçün yol düzəldilmiş, yan hissədəki yamacda yaşıllıqlar salınmış, həmçinin gölün üzərində kafenin inşa olunması da nəzərdə tutulmuşdur. Artıq gölün üzərindən piyadalar üçün 12 metr uzunluğunda miniatür körpü salınmış, yaxınlıqda hündürlüyü 9 metr, eni 12 metr olan şəlalə kompleksi tikilmişdir. Burada  quraşdırılmış şəlalənin yanında, gölün daxilində  iki ədəd fontan düzəldilmiş, gölə əhalinin istirahəti üçün qayıqlar buraxılmışdır. Gölün yanında isə dekorativ yel dəyirmanı quraşdırılmışdır.

Keçidlər