Turizm potensialı
Gürgən – “Qala divarları” kompleksi
Gürgən qəsəbəsinin giriş hissəsində mərkəzi yolun kənarında Abşeron memarlığını özündə əks etdirən qala divarları yerləşir. Qala divarları 6 qüllə və bir bulaqdan ibarət olmaqla ümumilikdə 7 elementi özündə birləşdirir. Ən böyük qüllə 11 m hündürlüyündədir. Qüllələrin diametri isə 3,8-4.4 m arasında dəyişir. 3 ədədi düzbucaqlı digərləri isə dairəvi formada inşa olunmuşdur. Ümumilikdə qala divarlarının uzunluğu 654 p/m-dir. Giriş hissədəki qüllələrin üstündə iki ədəd Azərbaycan Respublikasının bayrağı quraşdırılmışdır. Dairəvi qüllənin üstündə isə 8 ədəd bayraq quraşdırılacaq metal konstruksiya düzəldilmişdir. Həmçinin Qala divarlarının üstündə daşdan yonulmuş 12 ədəd çıraq, gecə işıqlandırma sistemi ilə təchiz olunmuş Azərbaycan Respublikasının xəritəsi və Heydər Əliyev fondunun loqosu quraşdırılmışdır. Əraziyə qazon örtüyü salınmış, müxtəlif növ ağac və gül kolları əkilmişdir. Bundan əlavə divarların üzərində güldanlar quraşdırılmışdır. Hazırda “Qala Divarları” kompleksi müasir gecə işıqlandırma sistemi ilə təchiz edilmişdir.